Xəzər Xəbər

“Qarabağ” – “Ludaqorets” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

İdman | 13:09 • 6 Avqust 2024
“Qarabağ” – “Ludaqorets” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Ludaqorets” komandası ilə Bakıda keçirəcəyi ilk oyun üçün satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, artıq 25500 azarkeş bilet əldə edib.

Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, komandalar arasında baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səslənəcək. Cavab oyunu isə avqustun 13-də səfərdə təşkil olunacaq.

Xəbər lenti