Xəzər Xəbər

Bu gün “Zirə” və “Sabah”ın pley-off mərhələsindəki mümkün rəqibləri bəlli olacaq

İdman | 11:46 • 5 Avqust 2024
Bu gün “Zirə” və “Sabah”ın pley-off mərhələsindəki mümkün rəqibləri bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi üçün püşkatma olacaq.

Xezerxeber.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz “Zirə” və “Sabah” komandalarının da potensial rəqibləri bəlli olacaq.

Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, “Zirə” Konfrans Liqasının III raundunda Xorvatiyanın “Osiyek”, “Sabah” isə İrlandiyanın “Sent Patriks” komandaları ilə qarşılaşacaq. Bu mərhələnin ilk görüşləri avqustun 8-də, cavab matçları isə avqustun 15-də keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar