Xəzər Xəbər

Premyer Liqa: Bu gün birinci tura yekun vurulacaq

İdman | 09:28 • 4 Avqust 2024
Premyer Liqa: Bu gün birinci tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulacaq.

Xezerxeber.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq. Əvvəlcə meydana “Sabah” və “Şamaxı” komandaları çıxacaq. “Bank Respublika Arena”da reallaşacaq görüş saat 17:30-da start götürəcək.

Günün son oyununda “Zirə” “Səbail”i sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Turun daha əvvəl keçirilən qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.

Xəbər lenti