Xəzər Xəbər

“Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub

İdman | 08:20 • 4 Avqust 2024
“Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub

Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.

Xezerxeber.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Qalatasaray”la kubokun qalibi “Beşiktaş” üz-üzə gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “qara qartallar”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Çiro İmmobile (2 qol), Yonas Svensson, Rafa Silva və Mustafa Hekimoğlu vurublar.

“Qalatasaray”ın heyətində 87-ci dəqiqədə Viktor Nelsson qırmızı vərəqə alıb.

Xəbər lenti

Çox oxunanlar