Xəzər Xəbər

"Paris-2024": Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

İdman | 14:17 • 2 Avqust 2024
"Paris-2024": Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Xezerxeber.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Cənubi koreyalı Min Yon Kimlə qüvvəsini sınayıb.

Cüdoçumuz rəqibinə uduzsa da, bürünc medal uğrunda təsəlliverici qarşılaşmalarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

12:38

Azərbaycan cüdoçusu Uşanqi Kokauri "Paris-2024" Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

Xezerxeber.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda finlandiyalı Martti Pumalaynen ilə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən cüdoçumuz 1/4 finala yüksəlib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

12:38

Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Xezerxeber.az xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/8 finala yüksəlib.

Xəbər lenti