Xəzər Xəbər

Azərbaycanın basketbol milliləri final oyunlarına ÇIXIR

İdman | 10:12 • 28 İyul 2024
Azərbaycanın basketbol milliləri final oyunlarına

Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda bu gün final matçlarına çıxacaqlar.

Xezerxeber.az-ın məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın həlledici mərhələsində ev sahibi yığma ilə üz-üzə gələcək.

Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda Lüksemburqun müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 21:30-da və 21:00-da start götürəcək.

Xəbər lenti