Xəzər Xəbər

Bu gün “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi bilinəcək

İdman | 13:12 • 22 İyul 2024
Bu gün “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi bilinəcək

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mərasimdə “Qarabağ”ın da potensial rəqibi məlum olacaq.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" komandasına məğlub olarsa, Avropa Liqasının III raundunda aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:

"Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi

APOEL (Kipr) – "Petrokub" (Moldova) cütünün qalibi

"Panevejis" (Litva) – "Yagellonya" (Polşa) cütünün qalibi

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə avqustun 15-də keçiriləcək.

Xəbər lenti