Xəzər Xəbər

“Zirə” bu gün “Şerif”lə cavab oyununa çıxacaq

İdman | 10:35 • 18 İyul 2024
“Zirə” bu gün “Şerif”lə cavab oyununa çıxacaq

“Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində bu gün Bakıda Moldovanın “Şerif” komandası ilə üz-üzə gələcək.

Xezerxeber.az xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı qazaxıstanlı hakim Bulat Sarıyev idarə edəcək.

Komandalar arasında Moldovada keçirilmiş ilk matç “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitib.

Qeyd edək ki, cütün qalibi II təsnifat mərhələsində “Elfsborq” (İsveç)–“Pafos” (Kipr) görüşünün güclüsü ilə qarşılaşacaq.

Xəbər lenti