Xəzər Xəbər

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan UZAQ QALDI

İdman | 19:01 • 16 İyul 2024
"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldan

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Xezerxeber.az Kluba istinadən məlumat verir ki, o, məşq prosesində xəsarət alıb.

Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

Xəbər lenti