Xəzər Xəbər

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

İdman | 18:00 • 3 İyul 2024
“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

İspaniyanın "Real Madrid" komandasının ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionu futbol üzrə dünya çempionatının final matçını qəbul edəcək.

İspaniya mətbuatı yazır ki, 2030-cu ildə baş tutacaq mundialın həlledici görüşü “kral klubu”nun arenasında reallaşacaq. FIFA tərəfindən rəsmi açıqlama olmasa da, qərarın qəbul olunduğu bildirilib.

2030-cu ildə keçiriləcək dünya çempionatına üç ölkə - İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.

Xəbər lenti