Xəzər Xəbər

Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsinə TƏYİN EDİLİB

İdman | 16:59 • 26 İyun 2024
Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsinə

“Neftçi”nin baş məşqçisi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.

Xezerxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan mütəxəssislə anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.

Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya Kubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın “Çernomorets” klubu 2010/2011 mövsümündə Premyer Liqaya çıxıb.

2012/2013 mövsümündə isə Ukrayna Kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb), Hollandiyanın PSV (Eyndhoven) və Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.

Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb.

O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun "sükanı arxasına" keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.

Rubrikanın digər xəbərləri

Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsinə
Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsinə TƏYİN EDİLİB
16:59 • 26 İyun 2024
Abdullah Zubir "Qarabağ"dan
Abdullah Zubir "Qarabağ"dan AYRILA BİLƏR
13:02 • 25 İyun 2024
İtaliya 1/8 finalda
İtaliya 1/8 finalda AVRO-2024
01:21 • 25 İyun 2024
Belçika millisi Rumıniyanı məğlub edib
Belçika millisi Rumıniyanı məğlub edib AVRO-2024
00:57 • 23 İyun 2024
Gürcüstan - Çexiya oyununda qalib olmadı
Gürcüstan - Çexiya oyununda qalib olmadı AVRO-2024
20:38 • 22 İyun 2024
Niderland - Fransa matçında heç-heçə
Niderland - Fransa matçında heç-heçə AVRO-2024
01:56 • 22 İyun 2024
Ukraynadan ilk qələbə
Ukraynadan ilk qələbə AVRO-2024
19:26 • 21 İyun 2024

Xəbər lenti