Xəzər Xəbər

Portuqaliya Türkiyəyə 3 cavabsız qolla qalib gəldi AVRO-2024

İdman | 21:55 • 22 İyun 2024
Portuqaliya Türkiyəyə 3 cavabsız qolla qalib gəldi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyunu baş tutub.

Xezerxeber.az-ın məlumatına görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.

Rubrikanın digər xəbərləri

Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsinə
Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsinə TƏYİN EDİLİB
16:59 • 26 İyun 2024
Abdullah Zubir "Qarabağ"dan
Abdullah Zubir "Qarabağ"dan AYRILA BİLƏR
13:02 • 25 İyun 2024
İtaliya 1/8 finalda
İtaliya 1/8 finalda AVRO-2024
01:21 • 25 İyun 2024
Belçika millisi Rumıniyanı məğlub edib
Belçika millisi Rumıniyanı məğlub edib AVRO-2024
00:57 • 23 İyun 2024
Gürcüstan - Çexiya oyununda qalib olmadı
Gürcüstan - Çexiya oyununda qalib olmadı AVRO-2024
20:38 • 22 İyun 2024
Niderland - Fransa matçında heç-heçə
Niderland - Fransa matçında heç-heçə AVRO-2024
01:56 • 22 İyun 2024
Ukraynadan ilk qələbə
Ukraynadan ilk qələbə AVRO-2024
19:26 • 21 İyun 2024

Xəbər lenti

Çox oxunanlar