Xəzər Xəbər

Ukraynadan ilk qələbə AVRO-2024

İdman | 19:26 • 21 İyun 2024
Ukraynadan ilk qələbə

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü başa çatıb.

Xezerxeber.az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıb - 2:1.

Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti