Xəzər Xəbər

Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində mübarizə APARDI

İdman | 13:17 • 21 İyun 2024
Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyində mübarizə

Hüseyn Heydərov Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində mübarizə aparıb.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 17 yaşadək idmançılar arasında, 81 kq çəki dərəcəsində qüvvəsini sınayan atlet 8-ci olub.

Heydərov toplam 271 kq-ın (126+145) öhdəsindən gəlib.

Qeyd edək ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti