Xəzər Xəbər

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

İdman | 20:25 • 11 İyun 2024
Azərbaycan millisi Qazaxıstana

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda sonuncu yoldaşlıq oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşıb. Sombatxey şəhərindəki “Haladas SportKomplexum”dakı görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz əvvəlcə oyunda 0:2 hesab ilə geri düşsə də, daha sonra geri dönüş edərək 3 qol vurub. 

Oyun millimizin kapitanı Emin Mahmudov üçün əlamətdar olub. 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu millidəki qollarının sayını 14-ə çatdırıb və Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə uduzub.

11 iyun 

Yoldaşlıq oyunu

18:00. Azərbaycan - Qazaxıstan - 3:2

Qollar: Yan Voroqovskiy, 2 (0:1), Maksim Somorodov 29 (0:2), Mahir Emreli, 42 (1:2), Emin Mahmudov, 50-pen. (2:2), Toral Bayramov, 73 (3:2)

“Haladas SportKomplexum”, Sombatxey

Xəbər lenti