Xəzər Xəbər

Azərbaycan millisinin baş məşqçisi bu şəxs ola bilər

İdman | 11:54 • 1 İyun 2024
Azərbaycan millisinin baş məşqçisi bu şəxs ola bilər

Türkiyəli tanınmış mütəxəssis Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AFFA 44 yaşlı çalışdırıcı ilə danışıqlar aparır.

Razılıq əldə olunarsa, o, yığmanın yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Əmrə Bələzoğlunun son iş yeri başa çatan mövsümü 17-ci yeri tutaraq Superliqa ilə vidalaşan “Ankaragücü” komandası olub. “Ankaragücü” Əmrə Bələzoğlunun rəhbərliyi altında 40 xalla 17-ci yeri tutaraq Superliqa ilə vidalaşıb. 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Xəbər lenti

Çox oxunanlar