Xəzər Xəbər

“Fənərbağça Beko”nun basketbolçusu Avroliqanın tarixinə düşüb

İdman | 12:11 • 30 Mart 2024
“Fənərbağça Beko”nun basketbolçusu Avroliqanın tarixinə düşüb

Türkiyənin “Fənərbağça Beko” komandasının basketbolçusu Naycel Heys-Devis Avroliqanın tarixinə düşüb.

Xezerxeber.az xəbər verir ki, 30 yaşlı oyunçu buna turnirin qrup mərhələsinin XXXII turunda Almaniya təmsilçisi “Alba Berlin”lə görüşdə nail olub.

Komandasına 50 xal qazandıran amerikalı Avroliqada bir matçda bu göstəriciyə çatan ilk basketbolçu kimi yeni rekorda imza atıb.

Qeyd edək ki, görüş İstanbul klubunun 103:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər lenti

Çox oxunanlar