Xəzər Xəbər

“Atletiko Madrid” səfərdə məğlub olub

İdman | 08:43 • 10 Mart 2024
“Atletiko Madrid” səfərdə məğlub olub

Futbol üzrə İspaniya La Liqasında 28-ci turun növbəti oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, günün gözlənilməz nəticəsi “Kadis” – “Atletiko Madrid” matçında qeydə alınıb.

Görüş Madrid təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Günün digər oyunlarında “Valensiya” “Xetafe”yə 1:0, “Real Sosyedad” isə “Qranada”ya 3:2 hesabları ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 66 xalla “Real Madrid” başçılıq edir. “Barselona” 61 xalla ikinci, “Jirona” 59 xalla üçüncüdür. Aktivində 55 xalı olan “Atletiko Madrid” isə dördüncü pillədə qərarlaşıb.

Xəbər lenti

Çox oxunanlar