Xəzər Xəbər

"Qəbələ" israilli futbolçu futbolçusu ilə yollarını ayırıb

İdman | 16:04 • 8 Mart 2024
"Qəbələ" israilli futbolçu futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan "qırmızı-qaralar"da çıxış edən legioner komandanın heyətində 23 matç keçirib.

G.Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Xəbər lenti

Çox oxunanlar