Xəzər Xəbər

AFFA iki klubu cərimələyib

İdman | 14:16 • 5 Mart 2024
AFFA iki klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXV turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” – “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb və 1 oyun cəzalanıb, klub isə 800 manat cərimə edilib.

“Səbail”lə qarşılaşmanın 40-cı dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alıb və 1 oyun cəzalanıb, bölgə təmsilçisi isə 800 manat ziyana düşüb.

“Qarabağ”la oyunda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “ağ-qaralar” 700 manat xərcə düşüb. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat cərimə edilib. Matçın 63-cü dəqiqəsində azarkeşlər tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyindən ev sahibi komanda 1000 manat ziyanı ödəməli olacaq.

Matçdan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “köhlən atlar” 1000 manat cərimə edilib.

Xəbər lenti

Çox oxunanlar