AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.
Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, funksioner qərarını milli assosiasiyanın İcraiyyə Komitəsinin bu gün Gəncə şəhərində keçirilən iclasından açıqlayıb.
R.Abdullayev bildirib ki, aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında öz istəyilə AFFA prezidentliyinə namizəd olmayacaq.
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir.