Xəzər Xəbər

Konfrans Liqasında 1/8 finalın püşkü atılıb

İdman | 16:29 • 23 Fevral 2024
Konfrans Liqasında 1/8 finalın püşkü atılıb

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu raundda üz-üzə gələcək cütlər müəyyənləşib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu 1/8 finalda PAOK-la qarşılaşacaq.

Türkiyə təmsilçisi “Fənərbağça” isə Belçikanın “Union” komandasına rəqib olub.

UEFA Avropa Liqası

1/8 final cütləri

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya)

“Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə)

“Molde” (Norveç) - “Brügge” (Belçika)

“Union” (Belçika) - “Fənərbağça” (Türkiyə)

“Dinamo” Zaqreb (Xorvatiya) - PAOK (Yunanıstan)

“Şturm” (Avstriya) – “Lill” (Fransa)

“Makkabi” Hayfa (İsrail) - “Fiorentina” (İtaliya)

“Olimpiakos” (Yunanıstan) - “Makkabi” Təl-Əviv, (İsrail)

Qeyd edək ki, Konfrans Liqasında 1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar