Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Xezerxeber.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxır.
Qurban Qurbanovun yetirmələri Bakıda “Braqa”nı qəbul edəcək. Portuqaliyada 4:2 hesablı qələbə qazanan “Qarabağ” 1/8 finala adlamaq üçün üstünlüyünü qorumalıdır. Tarixi şansdan yararlanmağa çalışacaq ağdamlılar bunu bacarsa, avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü sabah atılacaq. Pley-offun qalibi olan 8 komanda qrup mərhələsində 1-ci yeri tutanlarla qarşılaşacaq.
Avropa Liqası
Pley-off, cavab oyunu
22 fevral
21:45. “Qarabağ” – “Braqa”
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
"Qarabağ": 99. Andrey Lunyov, 29. Marko Vesoviç, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ağabala Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 65. Patrik Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Sikou Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 22. Pizzi, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 11. Roje Fernandeş,
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukas Horniçek, 5. Serdar Saatçi, Joze 6. Fonte, 10. Şer Ndur, 17. Yosafat Mendes, 7. Bruma, 20. Roni Lopes, 18. Vitor Karvalyo, 55. Cissumba, 59. Yan Said, 90. Cibril Sumare, 14. Alvaro Calo
Baş məşqçi: Artur Jorje
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2