Xəzər Xəbər

“Qarabağ” bu gün cavab oyununa çıxacaq

İdman | 09:45 • 22 Fevral 2024
“Qarabağ” bu gün cavab oyununa çıxacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.

İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə - Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. Qurban Qurbanovun kollektivi üstünlüyünü qoruyaraq, 1/8 finala adlamaq və yeni tarix yazmaq arzusundadır.

Saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

22 fevral

21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya)

Baş hakim: Georgi Kabakov (Bolqarıstan).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 4:2.

Xəbər lenti

Çox oxunanlar