Futbol üzrə Türkiyə Superliqasında XXVI turun daha 3 oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, günün ilk oyunlarında "Antalyaspor" "İstanbulspor"la 2:2, "Sivasspor" "Hatayspor"la 1:1 hesablı heç-heçə edib.
Günün son matçında isə "Fənərbağça" səfərdə "Rizəspor"a 3:1 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra xallarını 67-yə çatdıran İstanbul təmsilçisi liderliyə yüksəlib. "Qalatasaray" isə 66 xalla ikincidir.
Qeyd edək ki, turun digər oyunları fevralın 18-də keçiriləcək.