Bu gün UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkü atılacaq.
Xezerxeber.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək.
Yeni mövsümdə də C Liqasında mübarizə aparacaq yığma püşkatmaya 3-cü səbətdən qoşulacaq.
Tədbirdə Azərbaycanı AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev və milli komandanın məşqçisi Arif Əsədov təmsil edirlər.
UEFA Millətlər Liqası
A Liqası
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq cütünün qalibi, Estoniya, Latviya
D Liqası
1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta
2-ci səbət: Malta, Andorra, San Marino, Lixtenşteyn
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.