İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” və “Nottingem Forest” komandaları cəzalana bilər.
İngiltərə mətbuatı yazır ki, hər iki klub maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir.
Elita təmsilçilərinin özlərini müdafiə etmək üçün lazımi sənədləri hazırladığı iddia olunub.
Qeyd edək ki, 2021-2022-ci illər mövsümündə “Everton” klubunun aktivindən eyni səbəbə görə 10 xal silinib.