Bir müddət əvvəl "Kəpəz"in baş məşqçisi postunu tərk edən Azər Məmmədov yenidən “Səbail”də fəaliyyət göstərəcək.
Bakı klubundan Xezerxeber.az-a verilən məlumata görə, 47 yaşlı mütəxəssis baş məşqçi Şahin Diniyevin köməkçisi təyin olunub.
Qeyd edək ki, A.Məmmədov "Kəpəz"ə baş məşqçi təyin olunanadək də "Səbail"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib.