Avrokubokların qrup mərhələsinin V turundan sonra ölkələrin yeni reytinqi açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, “Qarabağ”ın Norveçdə “Molde” ilə 2:2 hesablı bərabərliyi Azərbaycanın reytinqinə 0,250 xal gətirib.
Hazırda ölkə 18,125 əmsalla 29-cu pillədəki mövqeyini qoruyub. Cari mövsümdəki əmsal isə 3,875-ə yüksəlib.
Siyahıya 98,678 xala malik İngiltərə başçılıq edir. İspaniya (84,739) ikinci, İtaliya (80,998) isə üçüncü sırada qərarlaşıb.