Xəzər Xəbər

AFFA Canni De Byazi ilə yollarını ayırdı YENİLƏNİB

İdman | 11:45 • 22 Noyabr 2023
AFFA Canni De Byazi ilə yollarını ayırdı

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə müqavilənin müddəti uzadılmayacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsi qərar verib.

Bu gün keçirilən fövqəladə iclasda italiyalı futbol mütəxəssisin hesabatını dinləyən Komitə onun gələcək taleyini müzakirə edib. De Byazinin fəaliyyətini qənaətbəxş saymayan AFFA onunla müqaviləni uzatmamağa üstünlük verib.

Qeyd edək ki, De Byazi 2020-ci ilin iyulundan millimizi çalışdırırdı.

10:52

AFFA İcraiyyə Komitəsinin (İK) fövqəladə iclas keçirilir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi milli assosiasiyanın inzibati binasında təşkil olunan yığıncağı erkən tərk edib.

İtaliyalı mütəxəssis toplantıda cəmi 10 dəqiqə qalıb.

Bundan başqa, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

Qeyd edək ki, iclasın gündəliyinə Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

Xəbər lenti

Çox oxunanlar