Xəzər Xəbər

İsveç millisinin baş məşqçisi istefa verib

İdman | 14:13 • 20 Noyabr 2023
İsveç millisinin baş məşqçisi istefa verib

İsveç millisinin baş məşqçisi Yanne Andersson istefa verib.

Xezerxeber.az xəbər verir ki, bunu İsveç Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

61 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsindəki uğursuzluqdan sonra postundan ayrılıb. Onun son matçı Estoniyaya qarşı olub. Bu görüşdə isveçlilər 2:0 hesablı qələbə qazanıb.

Bunadək isə skandinaviyalılar Bakıda Azərbaycan millisi ilə görüşüb. Yığmamız mütəxəssisin komandasını 3:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, Andersson 2016-cı ildən İsveç yığmasına rəhbərlik edirdi.

Xəbər lenti