Xəzər Xəbər

Belçika yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib

İdman | 23:10 • 19 Noyabr 2023
Belçika yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində sonuncu oyununu keçirib.

Xezerxeber.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olub. "Kinq Baudouin” stadionunda oynanılan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 20-yə çatdıran Belçika yığması qrup lideri olub. 7 xalı olan Azərbaycan millisi isə F qrupunu 4-cü sırada tamamlayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveç və Estoniya yığmaları üz-üzə gələcəklər.

Xəbər lenti