Avropanın ən yaxşı 10 liqasının bombardirləri açıqlanıb.
Xezerxeber.az “NTV Spor”a istinadən xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn 11 oyunda vurduğu 17 qolla siyahıya başçılıq edir.
“Ştutqart”ın (Almaniya) forvardı Seru Girasi 9 matçda 15 qolla ikinci, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən norveçli Erlinq Holann isə 12 görüşdə 13 qolla üçüncü pillədə qərarlaşıb.
İlk “iyirmilik”də Türkiyə Superliqasından dörd futbolçu yer alıb.
Avropanın ən yaxşı 10 liqasının bombardirləri:
1. Harri Keyn (“Bavariya”, Almaniya) - 11 oyun, 17 qol
2. Seru Qirasi (“Ştutqart”, Almaniya) - 9 oyun, 15 qol
3. Erlinq Holann ("Mançester Siti", İngiltərə) - 12 oyun, 13 qol
4. Kilian Mbappe (PSJ, Fransa) - 11 oyun, 13 qol
5. Lautaro Martines (“İnter”, İtaliya) - 12 oyun, 12 qol
6. Mateo Kassiyerra (“Zenit”, Rusiya) - 14 oyun, 12 qol
7. Məhəmməd Salah (“Liverpul”, İngiltərə) – 12 oyun, 10 qol
8. Edin Dzeko (“Fənərbağça”, Türkiyə) - 12 oyun, 10 qol
9. Cud Bellinqem (“Real Madrid”, İspaniya) - 11 oyun, 10 qol
10. Mauro İkardi (“Qalatasaray”, Türkiyə) -12 oyun, 10 qol
11. Simon Bansa (“Braqa”, Portuqaliya) - 11 oyun, 10 qol
12. Kevin Denki (“Serkl Brügge", Belçika) - 14 oyun, 10 qol
13. Abubakari Koyta (“Sent-Trüden”, Belçika) - 14 oyun, 10 qol
14. Lois Openda (“Leyptsiq”, Almaniya) - 11 oyun, 9 qol
15. Kasper Dolberq (“Anderlext”, Belçika) - 13 oyun, 9 qol
16. Mame Tiam (“Kayserispor”, Türkiyə) - 12 oyun, 9 qol
17. Leroy Sane (“Bavariya”, Almaniya) - 11 oyun, 8 qol
18. Aytaç Kara (“Kasımpaşa”, Türkiyə) - 12 oyun, 8 qol
19. Son Xin Min (“Tottenhem”, İngiltərə) - 12 oyun, 8 qol
20. Antuan Qrizmann (“Atletiko”, İspaniya) - 12 oyun, 8 qol