Xəzər Xəbər

Azərbaycan milisinin oyununu İLK DƏFƏ qadın hakim İDARƏ EDƏCƏK

İdman | 14:03 • 13 Noyabr 2023
Azərbaycan milisinin oyununu İLK DƏFƏ qadın hakim

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi oyunu qadın hakim idarə edəcək.

Xezerxeber.az-ın məlumatına görə, UEFA Bakıda reallaşacaq görüşü isveçrəli Ester Ştaubliyə həvalə edib.

Onun köməkçiləri Yonas Erni və Syuzanna Kyunq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukaş Fandrix VAR, Layonel Çudi isə AVAR olacaq.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024