“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində Yunanıstanda “Olimpiakos”la keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.
Xezerxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Noyabrın 29-da baş tutacaq matçın baş hakimi Ceymi Robinson, onun köməkçiləri isə Adam Ceffri və Endryu Neteri olacaq.
Qeyd edək ki, Pireydəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qəbələdəki ilk oyunda yerli komanda 0:3 hesabı ilə uduzub.