Futbol Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, “Neftçi” öz meydanında “Sumqayıt”ı qəbul edib. “Neftçi Arena”da oynanılan qarşılaşma qonaqların əzmkar qələbəsi ilə başa çatıb – 2:1.
Hesabı 35-ci dəqiqədə “ağ-qaralar”dan Ataa Caber açıb. 56-cı dəqiqədə “gənclik şəhəri” təmsilçisi tarazlığı bərpa edib. Masaki Murata adını tabloya yazdırıb. Son nöqtəni isə 69-cu dəqiqədə fərqlənən Roi Kehat qoyub.
Bu qələbədən sonra xallarını 21-ə çatdıran “Sumqayıt” üçüncü pilləyə yüksəlib. 18 xalı olan “Neftçi” isə bir sıra geriləyərək, 6-cı yerdə qərarlaşıb.
Günün son oyununda “Sabah” səfərdə “Turan Tovuz”un qonağı olacaq.
Qeyd edək ki, XII turun açılış matçında “Kəpəz” “Dalğa Arena”da “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 12-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Qarabağ” – “Səbail” görüşləri ilə yekun vurulacaq.