Xəzər Xəbər

“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb

İdman | 11:51 • 3 Noyabr 2023
“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 min bilet satılıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, bilet satışları davam edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Biletləri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kasalarından əldə etmək mümkündür.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Xəbər lenti