Xəzər Xəbər

“Napoli” - “Milan” oyunundan sonra stadion ərazisində kişi meyiti tapılıb

İdman | 17:00 • 30 Oktyabr 2023
“Napoli” - “Milan” oyunundan sonra stadion ərazisində kişi meyiti tapılıb

İtaliya A Seriyasının XX turunun "Napoli" - "Milan" oyunundan sonra “Dieqo Armando Maradona” stadionunun yeraltı dayanacağında kişi meyiti tapılıb.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, cəsəd gecə saatlarında arenanın qonaq sektorunun altındakı otaqda aşkar edilib. Mərhumun dostu bildirib ki, onlar biletləri olmadığı üçün stadionun tunelindən keçərək tribunaya daxil olmaq istəyiblər. Nəticədə 42 yaşlı kişi təxminən 20 metr hündürlükdən yerə yıxılaraq ölüb.

Qeyd edək ki, ötən gün baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər lenti