“Avro-2024”ün seçmə mərhələsində Bakıda Azərbaycan və Avstriya yığmaları arasında oyun keçirilib.
Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan oyun Avstriya yığmasının qələbəsi (0:1) ilə başa çatıb.
Yeganə qolu 48-ci dəqiqədə rəqibin heyətində Marsel Sabitzer penaltidən vurub. Bununla da Avstriya "Avro-2024"ün final mərhələsinə vəsiqə qazanıb.