Bu gün Avro-2024-ün seçmə mərhələsində 8-ci tura start verilib.
Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 oyun keçirilib.
D qrupunun lideri Türkiyə millisi öz meydanında autsayder Latviya ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 16-ya yüksəldərək liderliyi qoruyan Türkiyə millisi son turun nəticəsindən asılı olmayaraq Avro-2024-ün final mərhələsinə vəsiqə qazanıb.
Bu qrupun digər oyununda Xorvatiya Uelsin qonağı olub və 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, İ qrupunda bu gün keçirilməli olan İsrail - Kosovo matçı təxirə salınıb. İsraillə Fələstin arasında gedən müharibəyə görə UEFA bu qərarı verib.