Xəzər Xəbər

Ronaldu üç fərqli onillikdə 100-dən çox qol vuran 6-cı oyunçu olub

İdman | 15:48 • 14 Oktyabr 2023
Ronaldu üç fərqli onillikdə 100-dən çox qol vuran 6-cı oyunçu olub

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu dünya futbol tarixində üç fərqli onillikdə 100-dən çox qol vuran altıncı oyunçu olub.

Xezerxeber.az xəbər verir ki, 38 yaşlı forvard bunu yığmanın heyətində AVRO-2024-ün seçmə mərhələsinin Slovakiya ilə matçında (3:2) fərqlənməklə bacarıb. Sözügedən qarşılaşmada dubl edən Ronaldu 2020-ci ildən sonra vurduğu qolların sayını 101-ə çatdırıb.

O, XXI əsrin ilk onilliyində (2001-2010) 206, ikinci onilliyində (2011-2020) isə 550 qola imza atıb.

Qeyd edək ki, Kriştianu Ronaldudan əvvəl bu uğura Alfredo Di Stefano, Ferents Puşkas, Pele, Romario və Lionel Messi nail olublar.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024