Xəzər Xəbər

Azərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb

İdman | 23:18 • 22 Sentyabr 2023
Azərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb

Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Xezerxeber.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli həlledici qarşılaşmada gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələrək, üçüncü dəfə dünya çempionu olub.

82 kiloqram çəkidə yarışan Rafiq Hüseynov finalda iranlı Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

77 kiloqram çəki dərəcəsində güləşən Sənan Süleymanov isə qızıl medal uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudova sonuncu xal prinsipinə əsasən (1:1) uduzub və ikinci yerlə kifayətlənib.

Xəbər lenti

Çox oxunanlar