Xəzər Xəbər

"Qarabağ” “Molde”ni məğlub etdi

İdman | 22:58 • 21 Sentyabr 2023
"Qarabağ”  “Molde”ni məğlub etdi

UEFA Avropa Liqasının ilk turu çərçivəsində Bakıda “Qarabağ” - “Molde” qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qola 57-ci dəqiqədə ağdamlıların heyətində Leandro Andrade imza atıb.

Qeyd edək ki, “Qarabağ” komandası növbəti dəfə UEFA Avropa Liqasının ll turu çərçivəsində səfərdə İsveçrənin “Hakken” klubu ilə qarşılaşacaq.

Xəbər lenti