Xəzər Xəbər

“Qarabağ” klubu ispaniyalı futbolçu ilə yollarını ayırıb

İdman | 13:26 • 16 Sentyabr 2023
“Qarabağ” klubu ispaniyalı futbolçu ilə yollarını ayırıb

“Qarabağ” komandası futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

26 yaşlı oyunçu 2021-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik sözləşmə imzalamışdı.

Qeyd edək ki, Qaspar Panadero zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyib. Daha sonra heyətə düşməkdə çətinlik çəkən futbolçu əvəzedici komandaya göndərilib.

Xəbər lenti