“Qarabağ” komandası qapıçı Şahruddin Məhəmmədəliyevlə yollarını ayırıb.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı klubun rəsmi feysbuk səhifəsində videoçarx paylaşılıb. Videonun üzərində “Təşəkkürlər, Şah” yazılıb.
Xatırladaq ki, qapıçı 2016-cı ildən "Qarabağ"da oynayırdı.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı qolkiper Superliqada çıxış edən “Adana Demirspor”la anlaşıb.