Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasına transfer olunub.
Xezerxeber.az yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Artıq klubun rəsmi saytı da məlumatı təsdiqləyib.
Qeyd edək ki, Renat Dadaşovun son klubu İsveçrə “Qrasshopper”i olub.