“Qarabağ” 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanaraq son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.
Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda “Səbail”ə 1:2 hesabı ilə uduzub.
Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb.
“Qarabağ” sonuncu dəfə 2011/2012-ci illər mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.
Qeyd edək ki, “Qarabağ”ın daha zəif startı isə sonuncu dəfə 2007/2008-ci illər mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.