"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.
Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın "Olimpiya"sı ilə keçirilən cavab oyunu 1:1 hesabı ilə başa çatıb.
Ağdam təmsilçisinin futbolçusu Toral Bayramov 24-cü dəqiqədə topu rəqib komandanın qapısından keçirib.
“Olimpiya” komandasının oyunçusu Dioqo Pinto 36-cı dəqiqədə hesabı bərabərləşdirib.
Beləliklə, səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.