Heyrətamiz oyun oldu. İsveçə gələndən bunu xəyal edir və gözləyirdim.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Yurqorden”in futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXI turunun “Degerfors”la oyununda (4:1) iki qol vurub bir məhsuldar ötürmə etməsi barədə yerli mətbuata açıqlamasında deyib.
58-ci dəqiqədə penaltini boşa verən 21 yaşlı hücumçu het-trik edə bilmədiyi üçün təəssüfləndiyini bildirib: “Əslində, iki gün öncə hazırlıq prosesindən sonra meydanda qalıb, təqribən 20 dəqiqə 11 metrlik cərimə zərbələri üzərində məşq etmişdim. Əlimdən gələni etdim, amma alınmadı. Het-trik etmək ideal olardı, amma iki qol da pis deyil”.
Qeyd edək ki, “Yurqorden” 21 turdan sonra 37 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.