Xəzər Xəbər

Serxio Peres növbəti dəfə Formula 1 Azərbaycan Qran-Prisinin QALİBİ

İdman | 16:40 • 30 Aprel 2023
Serxio Peres növbəti dəfə Formula 1 Azərbaycan Qran-Prisinin

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış yekunlaşıb.

Xezerxeber.az xəbər verir ki,

iki saat davam edən yarış nəticəsində “Red Bull Racing”in pilotu Serxio Peres liderliyini sona qədər davam etdirərək qalib olub. 

Yarışı ikinci yerdə Peresin komanda yoldaşı Maks Ferstappen, üçüncü yerdə isə "Ferrari"dən Şarl Lekler tutub.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Uilliyams” (1) komandaları qərarlaşıblar.

 

Xəbər lenti